Şabranın icra başçısı fəhlənin 1600 manatına göz dikib

18-05-2016, 16:54           
Şabranın icra başçısı fəhlənin 1600 manatına göz dikib
Mahir Məmmədov: «Novruz Novruzov və Yusif adlı icra nümayəndəsi 1600 manatımı verməkdən boyun qaçırırlar»

Ağcabədi rayonu, Kamil Nəsibov küçəsi 239 ünvanında yaşayan Mahir Məmmədov Şabran rayon İcra Hakimiyyəti və onun başçısından şikayətçidir. teref.az Sonolay.org-a göndərdiyi şikayət məktubuna istinadən xəbər verir ki, Məmmədov ötən ilin yanvarında fəhlə briqadısı ilə birlikdə Şabran rayon Ərazi İnzibati İcra Nümayəndəliyinin binasının dam örtüyünü dəyişiblər.
Onun sözlərinə görə, onları işə Şabran rayonunun icra başçısı Novruz Novruzov və ərazi nümayəndəsi Yusif adlı şəxs dəvət edib. Ağcabədi sakini bildirir ki, icra başçısı və yerli nümayəndə tərəfindən haqları yeyilib. «Görülən işlərin dəyəri 11400 manat olub. İşi görüb qurtardıqdan və təhvil verdikdən sonra pullarımızın bir qismini hissə-hissə aldıq. Amma sonda bizə 1600 manat borclu qaldılar. Həmin gündən bəri həmin pulu ala bilmirik».
Mahir Məmmədov bildirib ki, dəfələrlə icra başçısının qəbuluna getsə də, pullarını ala bilməyib. O qeyd edir ki, icra başçısı və icra nümayəndəsi hər dəfə müxtəlif bəhanələrlə onu qəbul etməyiblər. «Onlar müxtəlif bəhanələr gətirərək, pulumu vermək istəmirlər. Sonradan öyrəndim ki, icra başçısı və icra nümayəndəsinin həmin pulu vermək niyyətləri yoxdur».
Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.