Laçın: baş həkimdən rəzillik - Şikayət

21-05-2016, 12:55           

Laçın rayon səhiyyəsində özbaşınalıq hökm sürür.

teref.az liderinfo.az-a istinadla xəbər verir ki, Zahid və Nadir Əhmədov qardaşları rayon səhiyyəsini uçuruma sürükləyir.

Qarakeçdi kəndindən məcburi köçkün, pensiyaçı Həsənova Gülsayad İzzət qızı yazıb ki, Laçın rayon səhiyyə şöbəsinin müdir müavini vəzifəsində işləyən və qaranlıq keçmişə malik olan Z.Əhmədov tutduğu vəzifə səlahiyyətindən istifadə edir. Onun sözlərinə görə, Qarakeçdi kənd xəstəxanasının baş həkimi işləyən qardaşı N.Əhmədovla birgə bu səhiyyə ocağını korrupsiya yuvasına çevirib.

G.Həsənova yazıb: 2014-cü ilin oktyabrında həmkəndlimiz Rüstəmov Akif Əliş oğlu oğlum Həsənov Xanaslan Əhliman oğlunu şərləyərək döyülməsi haqda Ağcabədi polisinə şikayət etmişdi. Həmin vaxt Ağcabədi RPŞ-nın göndərişi ilə A.Rüstəmov bir neçə dəfə tibbi müayinədən keçmiş və heç bir xəsarətin olmaması müəyyən olunub.

Ağcabədi rayon xəstəxanasından dolayı yolla saxta sənəd ala bilməyəcəyini görən A.Rüstəmov Z.Əhmədova müraciət edərək qanunsuz olaraq göndəriş alıb. Həmin göndəriş əsasında Fizuli rayonuna müayinəyə gedib. Yenə də müayinə zamanı heç bir xəsarətin olmaması müəyyən olunub.

Qərəzli niyyətini gerçəkləşdirməkdən əl çəkməyən A.Rüstəmov təkrarən Z.Əhmədova müraciət edib və nəyinsə qarşılığında növbəti göndərişi Gəncə şəhər diaqnostika mərkəzinə alıb. Müayinə zamanı yenə də heç bir xəsarətin olmaması aşkar olunub".

Şikayətçi qeyd edir: "İnsanlara şər-böhtan atmasında peşəkar olan A.Rüstəmov budan sonra Z.Əhmədovdan yenə də göndəriş alaraq Bakıya gedib. Burada istəyinə nail olub, 15 gün guya müalicə olunub. Əsas məsələ burasındadır ki, A.Rüstəmov Qarakeçdi kənd xəstəxanasının Baş həkimi Nadir Əhmədovun xidməti avtomaşınının sürücüsü işləyir və xəstəxanada müalicə olunduğu müddətdə iş yerində olmasına dair tabel tərtib edilib, əməkhaqqı alıb. Aidiyyatı orqanlardan bu məsələyə aydınlıq gətirilmələrini xahiş etsək də müraciətlərimiz cavabsız qalır".

Prezidentə və Birinci xanım Mehriban Əliyevaya müraciət edən ana kömək istəyir.
1. A.Rüstəmov Ağcabədi rayon mərkəzi xəstəxanasında 6 gün müalicə və müayinə olunduğu halda Laçın rayon Səhiyyə Şöbəsinin müdir müavini Z.Əhmədovun A.Rüstəmova bir neçə dəfə təkrar göndəriş verməsinə əsas varmı?
2. Əgər A.Rüstəmova verilmiş göndərişlər qərəzli və rüşvət qarşılığında verilməyibsə onda nədən Səhiyyə Şöbəsinin müdiri deyil məhz Z.Əhmədov tərəfindən verilirdi.
3. Doğrudan da A.Rüstəmov uzun müddət müalicə və müayinələrdə olubsa onun adına qanunsuz olaraq əməkhaqqı buraxmış Qarakeçdi kənd xəstəxanasının Baş həkimi N.Əhmədov cəzasız qalmasına səbəb nədir?
4. Rayonun yetərincən səhiyyə ocaqları və tib b işçisi olduğu halda bütün xəstəlik vərəqələrini və epiqirizləri Zahid və Nadir Əhmədov qardaşlarına həvalə etmək nəyə dəlalət edir?
Ümüdvaram ki, bu suallarıma aydınlıq gətirilməsi üçün hüquq mühafizə orqanlarına lazımı göstəriş veriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.