“Naftalan Sağlamlıq Mərkəzi” MMC məhkəməyə verildi

21-05-2016, 19:42           

Dövlət Sosial Müdafiə Fondu (DSMF) Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş Departamenti "Naftalan Sağlamlıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.
teref.az "Report"a istinadən məlumatına görə, DSMF-nin departamenti borcun tutulması barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib. Qərardan narazı qalan MMC apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanı ilə Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru