Bu tibb bazarının başında Vaqif Verdiyev durur

14-05-2015, 10:13           
Bu tibb bazarının başında Vaqif Verdiyev durur
Ölkənin səhiyyə sistemində mövcud problemlər durmadan artır. Elə bir səhiyyə ocağı yoxdur ki, orada nöqsanlar olmasın. Belə tibb müəssisələrindən biri də Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutudur. Bu tibb ocağında yaşanan problemlərlə bağlı tez-tez mediada geniş məlumatlar getsə də, sözügedən xəstəxanada hələ də müsbətə doğru irəliləyiş yoxdur.

Baş həkimi Vaqif Verdiyev olan xəstəxanada kifayət qədər nöqsanların olduğu deyilir. Bizə verilən məlumata görə, xəstəxana sanki bazarı xatırladır. Bildiyiniz kimi, dövlətin balansında olan tibb müəssisələrində xidmət pulsuz olmalıdır. Lakin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gələn xəstələr o qədər soyulurlar ki, bir gələn bir daha gəlmir. Hətta belə məsələlərlə bağlı kollegiya iclaslarında da iradlar tutulub. Göstərilən xidmət isə sıfıra bərabərdir. Bizə verilən məlumata görə, bu cür şəraiti Vaqif Verdiyev yaradıb. Hər ay xəstəxanadakı bütün şöbələrdən nəsə toplayır. Buna görə də həkimlər də xəstələri soğan kimi soyurlar. Təki Vaqif Verdiyevi razı sala bilsinlər. Etibarlı mənbələrin verdiyi məlumata görə, xəstəxanada həkim tapmaq müşkül məsələyə çevrilib. Çünki tibb ocağının həkimləri Vaqif Verdiyevin tələb etdiyini vermək üçün özəl klinikalara üz tutublar. Hər kəsə bəllidir ki, özəl klinikalarda tibbi xidmət həddindən artıq yüksəkdir. Ona görə də sözügedən tibb müəssisəsinin həkimlərini yalnız və yalnız özəl xəstəxanalarda tapmaq mümkündür. Xəstələr oranın həkimləri ilə danışdıqda onları özəl klinikaya dəvət edirlər. Xəstə isə məcburiyyət qarşısında qalıb özəl klinikaya üz tutur. Belə vəziyyət isə xəstələrin ciddi narazılığına səbəb olur. Çünki xəstələrin özəl klinikalara yüksək məbləğdə ödəniş etmələrinə imkanları olmur. Etiraz etdikdə isə həkim nə vaxt dövlət xəstəxanasında olacağı barədə məlumat vermir və məlumat verməkdən yayınır. Bundan başqa xəstəxanada adı olub, özü olmayan həkimlər qeydiyyatdadır. Verilən məlumata görə, Vaqif Verdiyev öz qohum--əqrəbasının adını yazdırıb, onların məvaciblərini mənimsəyir. Bu da onu göstərir ki, neçə -neçə savadlı həkimlər işsiz qalıb. Verdiyev kimilər isə bu yolla qazanc əldə edirlər. Hətta deyilənə görə adi kurs keçmiş, nəinki ali təhsilli, heç orta ixtisas təhsili olmayan şəxsləri nəyinsə müqabilində tibb bacısı kimi işdədirlər . Belə tibb bacılarından hansı keyfiyyətli xidməti gözləmək olar? Belə şəxslər xəstələrə yalnız ziyan verə bilər. Bundan başqa, bizə verilən məlumata görə, tibbi savadı olmayan və nəyinsə müqabilində işə götürülən tibb bacıları xəstələri bir otaqdan digər otağa apardıqda, sistem qoyduqda açıq şəkildə xəstənin yaxınlarından pul tələb edirlər. Vermədikdə isə xəstəylə kobud davranırlar. Ona görə də xəstəxanada vəziyyət həqiqətən də dözülməz hala çatıb. Artıq müvafiq qurumlar bu məsələdə aktiv olmalıdırlar. Sözügedən xəstəxanaya ciddi nəzarət edilməlidir. Baş həkimin fəaliyyətindəki nöqsanlar tibb müəssisəsində daha böyük problemlərin ortaya çıxmasına gətirib çıxaracaq. Verdiyevin apardığı siyasət rəhbərlik etdiyi xəstəxanada özbaşınalığın ifrat dərəcəyə çatmasına, tibbi personalın xəstəxanada özbaşınalığına gətirib çıxarıb. Pasiyentlərə diqqətsizlik, laqeydlik, məsuliyyətsizlik baş alıb gedir.
vertikal.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.