Kürdəmir ƏSMM-dən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət olundu

23-05-2016, 21:03           

«Asif Abdullayev və adamları deyir ki, idarənin haqqı verilməsə, heç kim ünvanlı sosial yardım ala bilməyəcək»

Kürdəmir rayonu Sosial Müdafiə Mərkəzindən edilən şikayətlərin ardı-arası kəsilmir. JAM.AZ-ın elektron ünvanına həmin şikayətlərdən daha biri daxil olub. Həmin şikayətdə Prezident Admnistrasiyasına və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə də müraciət edilərək, tədbir görmələri istənilib.
Şikayətçilər yazırlar ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov onların problemlərini həll etmir. «Nazir Səlim Müslümov «Vətəndaşların müraciətləri» haqqında Azərbaycan Respublikasının qanununun tələblərini kobud sürətdə pozaraq, edilən şikayətləri görməzlikdən gəlir. Amma yenə də Kürdəmir ƏSMM-i barədə bildiyimiz faktları aidiyyatı orqanlara və mətbuata təqdim edəcəyik».
JAM.AZ-a yazan Kürdəmir sakinləri bildirirlər ki, sosial yardımın avtomatlaşdırılmasına baxmayaraq, bu mərkəzdə direktor Asif Abdullayevin bilavasitə diqtəsi ilə rüşvət amili qalmaqda davam edir. «Xüsusən də bu mərkəzin baş məsləhətçiləri Ramin Mürsəlov və Nemət İsmayılov vətəndaşlardan pul "qopara bilmək" üçün xüsusii metodlardan istifadə edirlər. Belə ki, poçt vasitəsilə müraciət edən vətəndaşların sənədlərini elektron bazaya daxil edərkən bilərəkdən, qəsdən səhv daxil edirlər. Nəticədə hər şeydən bixəbər olan vətəndaşlar onlara, necə deyərlər, işlərinin keçə bilməyi üçün xahişə başlayırlar. Cavabdeh olan inspektorlar Ramin Mürsəlov və Nemət İsmayılov vətəndaşlara bildirir ki, «Biz bu işin incəliyini bilirik , idarənin haqqını verməsəniz işiniz keçməyəcək. Əli hər yerdən üzülmüş vətəndaş onların təklifi ilə razılaşmalı olur».
Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.