ŞOK!!Sabirabadlı məmurun avtoş oğlu - 6 avtomobili əzdi, amma heç kim bilmədi YENİLƏNDİ

26-05-2016, 18:23           

teref.az-ya verilən xəbərə görə Sabirabad rayon Maliyyə İdarəsinin rəisi Hüseynağa Gülüşovun oğlu Həbib Gülüşov Sabirabad-Şirvan arasında Kür çayı üzərində yerləşən körpünün üstündə avtoqəza törədib. Daxil olan məlumata görə, H.Gülüşovun oğlu (uzun illər adı Həbiş olub. red ) Həbib Gülüşov Azərbaycanın nifuzlu banklarından birində məsul vəzifədə işləyir. Aprel ayında içkili vəziyyətdə yol hərəkəti qaydalarını pozaraq avtoqəza törədib.

Kür çayı üzərində yerləşən körpünün üstündə baş verən avtoqəza zamanı 6 avtonəqliyyat vasitəsinə ağır ziyan dəyib. Lakin Hüseynağa Gülüşovun «səyləri» nəticəsində qəza ilə bağlı faktlar ört-basdır edilib. Məlumata görə, Hüseynağa Gülüşov hazırda rəsmi dairələrin «qara siyahısı»ndadır. Hətta onun dövləti aldadaraq bacısı oğlu Rahib Ələkbərov tərəfindən ölkəyə tikinti materiallarının idxalı ilə bağlı cinayət məsuliyyətinə cəlb edildiyi də söylənilir.

teref.az-ya xəbər verən məlumatlı mənbənin verdiyi xəbəərə görə,bu ilin fevral ayının 2-də verilən rəsmi bilgidə deyilirdi ki, H.Gülüşovun bacısı oğlu Rahib Ələkbərov 2015-ci ilin dekabrın 30-da və 2016-cı ilin yanvarın 12-də Bakıdan gələn vaqonlarda tikinti materialları ilə bağlı yanlış informasiya verib. Tikinti Təminat LTD MMC-nin tranzit gömrük bəyyanaməsində yüklərin İrana getdiyi göstərib. Nəhayət bəlli olub ki, bu məsələ ilə bağlı olaraq Gülüşov Hüseynağa ortaya girmək istəsə də, R.Ələkbərovun barəsində cinayət işi başlanıb. Məhz bu olaydan sonra H.Gülüşovun «qara siyahı»ya düşdüyü , hətta maliyyə naziri Samir Şərifova istefa üçün müraciət etdiyi də söylənilir.

Daxil olan informasiyaya görə, H.Gülüşov tələbə yoldaşı Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundova güvənsə də, son zamanlar tələbə yoldaşı da ondan üz döndərib.
teref.az

Sonuncu dəfə oğlu Həbib Gülüşovun «avtoşluq» etməsindən sonra isə vəziyyət bir qədər də dəyişib. Onu da əlavə edək ki, H.Gülüşovun oğlunun avtoqəza törətməsindən sonra ən yüksək dairələrdə onun qələminin qırılmasına qərar verilib. Onun işdən atılacağı günsə an məsələsidir.
P.S.DYP-nin Sabirabad postunun rəisi ilə əlaqə saxlayaraq bu məsələ ilə bağlı verdiyimiz sualın cavabını bizə postun rəisi Etibar müəllim verdi.Onun dediyinə görə, bu harın məmurun "avtoş" oğlunun etdiyi hadisaədən xəbəri yoxdur!
teref.az
teref.az-nun aldığı məlumata görə harın məmurun "avtoş" oğlu 90-095 "Toyota"Lend Kruser maşınında yuxarıda məlumat verdiyimiz qəzanı törədib!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.