Rusiya ordusunun itkiləri artmaqda davam edir - USQ BQ
30-12-2022, 09:43
“Rusiyanın Ukraynada itkiləri yenidən artıb - Ukrayna hərbçilərinin Zaporojye vilayətinin Berdyansk yaxınlığındakı düşmən mövqelərinə endirdiyi zərbə nəticəsində onlarla rus əsgəri məhv edilib”.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.
Bildirilir ki, Zaporojye vilayətinin Berdyansk rayonunda atışma zamanı 50-dən çox rus hərbçisi zərərsizləşdirilib.
Bundan əlavə, gün ərzində Ukrayna aviasiyası Rusiya ordusunun mövqelərinə 12 zərbə endirib.
Ukrayna artilleriyası gün ərzində Rusiya ordusunun 4 komanda məntəqəsini və 3 toplaşma rayonunu vurub, - məlumatda deyilir. UNİAN