ABŞ və Çin qırıcıları havada qarşılaşdı: İnanılmaz görüntülər - VİDEO

31-12-2022, 11:08           
ABŞ və Çin qırıcıları havada qarşılaşdı: İnanılmaz görüntülər - VİDEO
Cənubi Çin dənizində Çinə məxsus hərbi təyyarə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarəyə 3 metrdən də az məsafədə yaxınlaşıb. Qarşı tərəf beynəlxalq hava məkanında toqquşmamaq üçün yayınma manevrlər etmək məcburiyyətində qalıb.

Bu barədə ABŞ ordusunun bəyanatından məlum olub.


Sənəddə bildirilir ki, Çin Hərbi Dəniz Qüvvələrinə məxsus J-11 döyüş təyyarəsi və ABŞ Hərbi Hava Qüvvələrinə məxsus RC-135 strateji kəşfiyyat təyyarəsinin iştirak etdiyi insident dekabrın 21-də baş verib.

“Biz Hind-Sakit Okean regionundakı bütün ölkələrin beynəlxalq hava məkanından təhlükəsiz və beynəlxalq hüquqa uyğun istifadə etmələrini gözləyirik”, - deyə ABŞ rəsmiləri əlavə edib.

Daha bir mənbədən bildirilib ki, Birləşmiş Ştatlar insidentlə bağlı Çin hökuməti qarşısında məsələ qaldırıb.



Mənbə: Daily Mail












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru