Rusiyada “Vaqner”ə qoşulan altı məhbus qaçıb

2-01-2023, 10:34           
Rusiyada “Vaqner”ə qoşulan altı məhbus qaçıb
Rostov vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları “Vaqner” silahlı muzdlu dəstəsi sıralarına qoşulan, lakin sonradan qaçaraq gizlənən keçmiş məhbusları axtarırlar.

İlkin məlumatlara görə, qaçanlar silahlıdırlar.

Bildirilib ki, məhkumlar dekabrın 21 və ya 22-də Ukraynanın işğal altında olan Luqansk rayonundakı hərbi tədris mərkəzinin ərazisini tərk ediblər. Onların arasında üç Özbəkistan, bir Rusiya vətəndaşı, həmçinin Belarus və Qırğızıstan vətəndaşları da var.

Ehtimallara görə, məhbuslar Rostov vilayətinə qaçıblar.

Mənbə: mk.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru