Kiyevə bu silah verilməlidir ki, Rusiyanı məhv etsin!

23-01-2023, 08:48           
Kiyevə bu silah verilməlidir ki, Rusiyanı məhv etsin!
ABŞ Krım ərazisinə zərbələr endirmək və Rusiyanı məğlub etmək üçün Ukraynaya ATACMS uzaqmənzilli taktiki ballistik raketlər göndərməlidir.

Axar.az xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin sədri Maykl Makkol deyib.

“Onlara (Ukrayna - red.) Krıma zərbə endirmək üçün uzaqmənzilli ATACMS raketləri lazımdır”, - o bildirib.

Makkol əlavə edib ki, yüksək rütbəli müşavirlər və ukraynalılar yarımadanın ərazisinə hücumlar üçün ATACMS-ın zərurətindən danışırlar, çünki pilotsuz təyyarələr Krım ərazisindən buraxılır:

"Biz onlara lazım olanı - "Stinger", "Javelin", HIMARS və daha uzaqmənzilli artilleriya silahları verdikdə, onlar qalib gəlirlər".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.