Saatlı: DSMF müdirinin başı cəncəldə - Faktlar
3-06-2016, 18:51
Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbə müdiri qəzəbə tuş gəlib. Hafiz Miriyevin barəsində yayılan xəbərlərdən sonra töhmət verildiyi bildirilir.
Bu barədə Vizual.Az-a daxil olan xəbərə görə, DSMF rəhbəri Elman Mehdiyev, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuatda adı qanunsuz işlərdə hallanan H.Miriyevin işlərindən xəbər tutub.
Onun MTN generalı Əlimusa Nağıyevlə əlaqələrinin olması, hətta himayə etməsi barədə iddialar da şöbə müdirinin postuna qalması ehtimalını təhlükəyə atıb. E.Mehdiyevin onu müəyyən qədər qorumaq istəyi olsa da, S.Müslümov H.Miriyevə qarşı qəzəblidir.
Hətta Miriyev barəsindəki məlumatları mediadan ört-basdır etməyə çalışıb. Amma nəticəsiz qalıb. Şöbə müdiri haqda tərifli yazılar və müsahibəsi də çap olunub. İddialara görə, nazirin şöbə müdirinə qarşı fikri dəyişməyib. Hörmətli, Miriyevin vəzifəsindən gedəcəyi də istisna olunmur.
Media üzərindən apardığımız araşdırmalardan məlum olub ki, Saatlı Dövlət Sosial Müdaifə Fondunun (DSMF) direktoru Hafiz Miriyev rəhbəri olduğu qurumu bazara çevirib. Rayonda pensiya almaq istəyən vətəndaşlara DSMF-də xüsusi «qiymət cədvəli» təqdim olunur və oradan edilən seçimdən sonra konkret işlər görülür.
Təbii ki, bu işlərin müqabilində pensiya almaq istəyən şəxsdən pul alınır. Məlumatlara görə, Hafiz Miriyevin bu işlərindən bezar olan sakinlər bir neçə dəfə müvafiq dövlət qurumlarına şikayət etsələr də, yekunda fond müdiri vəziyyətdən çıxa bilib. Şöbə müdiri bütün qanunsuz əməllərini təkbaşına yox, gəlirlər sektorunun müdiri Səfər Rəhimovla birlikdə həyata keçirir.
Adı çəkilən məmurlar Saatlıda pensiya almaq istəyənlərin qarşısına öz «şərt»lərini qoyurlar. Bu «şərt»ləri qəbul edən şəxslər vaxtından əvvəl və ya qanunsuz yolla pensiya alırlar. Deyilənə görə, Səfər Rəhimov saxta pensiya düzəltmək və ya bu yolla məbləğin artırılması sahəsində əsas aparıcı fiqur olaraq tanınır. O pensiya düzəltmək istəyənlərə açıq şəkildə deyir ki, gətir filan qədər ver.
Qanunla uzun müddət işləyən vətəndaşların bir qismi yaşa görə yox, işinin ağırlığına görə daha tez pensiyaya çıxmaq hüququna malikdir. Lakin həmin şəxslərin əksəriyyəti qanunları yaxşı bilmədiklərindən müraciət edikləri vaxt müdir və müavini tərəfindən maraqlı təklif alırlar. Hafiz Miriyevlə Səfər Rəhimov ona təklif edirlər ki, sənədlərə bəzi «əlavə» və «düzəliş»lər edərək, onu «işlədiyi dövrdə» pensiyaya çıxarırlar.
Yəni vətəndaş iki ayda 3 il geriyə pensiya almağa başlayır və ayrılmış pul 3 il üçün hesablanaraq onun hesabına köçürülür. Əvəzində isə həmin vətəndaşın hesabına köçürülmüş pulun 70 faizini istəyirlər. Bu prosesdən heç nə itirməyən vətəndaş isə təklifə gözüyumulu razılaşır». Mənbə bildirir ki, Hafiz Miriyev həmçinin müxtəlif şirkətlərin, müəssisə və idarələrin rəhbərləri ilə sövdələşərək rəsmi sənədlərdə həmin qurumlarda işləyən fəhlələrin sayını az göstərir. Hörmətli, Miriyevi dinləməyə hazırıq.