Tağı Əhmədovla Qərib Məmmədov AMEA-da narazılıq yaradıb – Alimlər etiraz edir

7-06-2016, 17:16           

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovla (Metropolitenin sabiq rəisi) onun müavini Qərib Məmmədov (sabiq komitə sadri) AMEA-da çalışanların hamısını hakim partiyanın sıralarına daxil etmək istiqamətində ciddi fəaliyyətə başlayıblar.

Məlumata görə, AMEA-nın institutlarında görüş keçirən bu cütlük alimlərin hakim partiyaya üzv olmalarının vacibliyini vurğulayıblar. Bu zaman onlar institut direktorlarından tələb ediblər ki, işçilərinin YAP-a üzv olmasını təşkil etsinlər.

Məlumatda bildirilir ki, Tağı Əhmədovla Qərib Məmmədov AMEA-da keçirdikləri görüşdə YAP-ın qurulmasında iştirak edən alimlərin sərt sualları ilə də üzləşiblər. YAP-çı alimlər hakim partiyanın qurulduğu çətin günlərdə bu şəxslərin meydanda olmadığını, vəzifə paylanarkən öndə olduqlarını vurğulayıblar. YAP-çıların sərt sualları qarşısında isə Tağı Əhmədovla Qərib Məmmədov susmalı olublar.

YAP-a üzvülük məsələsinə gəlincə, AMEA-da çalışanlar bildiriblər ki, bəzi əzmzkdaşların aylıq maaşı 200 manatdır vəbu onların dolanışığı üçün çatmır. Hər ay bu maaşlarından 2 manat da hakim partiya üçün kəsilməsinə razı deyillər. Bu səbəbdən də onlar YAP rayon təşkilatının rəhbər şəxslərindən narazılıqlarını ifadə ediblər.
Reyting.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru