İş adamına qarşı “zəhmət haqqı” tələbi

15-06-2016, 17:37           

İşi razılaşılmış vaxtda görmədiyinə görə el sənətkarı ona “racon kəsildiyini” iddia edir

Salyan rayonunun “20 yanvar” qəsəbəsində yaşayan Samid Həsənov infom.az-a “zəhmət haqqı”nı ala bilməməyindən şikayət edir.

İxtisasca tərtibatçı heykəltəraş və rəssam fərdi əməklə məşğul olduğunu və böyük bir ailəni bununla saxladığını bildirir. Onun sözlərinə görə, bir çox tanınmışların şəxsi mülklərində olan müxtəlif əl işlərnin müəllifidir.

Samid usta başına gələnlər belə nəql edir: “2015-ci ilin oktyabr ayında Salyanın iş adamı Azər Ağayevin dəvətiylə onun şəxsi evində oldum. Həyətində müxtəlif əl işlri görülməsi ilə yanaşı, süni yolla qeyri-adi şəlalənin qurulmasını istədi. Razılaşmamıza görə bütün işlər 3 ay müddətində görülməli, o da mənə hissə-hissə ümumilikdə 17 min manat zəhmət haqqı ödəməli idi.

Sifarişi vaxtında icra etmək üçün 3 oğlumla birgə maksimum dərəcədə səy göstərdik. Çoxlarına məlumdur ki, heykəltarşlıq incə sənətdir.

Yeni layihələrin icrası zamanı ortaya “iş axsadan” hallar çıxır. Nə isə, iş deyilən vaxtdan 20 gün gec qurtardı.

Azər müəllim bu gecikməni əldə bayraq edərək 17 min manat əvzinə mənə əvvəlcə 12 500, çox xahiş-minnətdən sonra əlavə 500 manat verib.

Zəhmət haqqımı tam ala bilmədiyim üçün mən ondan rayon rəhbərliyinə şikayət etmişdim. O, son şərtində bildidi ki, əgər gedib icra aparatında desəm ki, Azər yaxşı adamdır, onun haqqında düz danışmamışam, bu “etirafımdan” sonra qalan pulu ödəyəcək.

Özümün və övladlarımın zəhmət haqqını vaxtında ödəməməyi qalsın bir yana, halalca pulumu belə aşağılayıcı şərtlə ödəmək istəyi mənə çox pis təsir edir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olasan, “Hacı” adı daşıyasan, amma özünü oğru aləminindəkilər kimi aparasan... bunun üstündən nə deycəyimi də bilmirəm, sadəcə biabırçılqdı.”

Qeyd edək ki, barəsində danışılan Azər Ağayev Salyan rayonunun Qarabağlı kəndindəndir.

Onun rəhbərlik etdiyi “Samir” MMC vaxtaşırı müxtəlif tenderlərin qalibi olur. Ötən ay öz kəndində kolxoz qurmağı ilə adam mətbutın diqqətini daha yaxından cəlb edib.

Samid Həsənovun iddasıyla əlaqədar Azər Ağayevin də mövqeyin öyrəndik. İş adamı deyilənləri təsdiqldi və bildirdi ki, usta işi vaxtında tamamlamayıb deyə özünü borclu hesab etmir, hara, kimə istəyir şikayət etsin.

Azərbaycan kimi çoxəsrlik adət-ənənələrə malik ölkələrdə belə məsələlər danışıqla, məsləhətlə öz həllini tapır. Hüquqi dövlətlərdə isə mübahisə hüquq qaydaları ilə çözülür.

İctimai qınağın effekt verməyəcəyi təqdirdə Samid Həsənovun son addım olaraq məhkəməyə müraciət edəcəyini bildirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.