Saat biabırçılığı - Nərimanov rayonunda təzə rəqəm icad ediblər

17-06-2016, 23:33           
Saat biabırçılığı - Nərimanov rayonunda təzə rəqəm icad ediblər
Bakının Nərimanov rayonunda Ağa Nemətulla küçəsi ilə Heydər Əliyev propektinin kəsişməsində yerləşən binanın üzərindəki saatda rəqəmlər düzgün göstərilməyib.

BAKU.WS xəbər verir ki, saat təmir olunduqdan sonra rəqəmlərdə ciddi səhvə yol verilib. Bütün rəqəmlər düzgün yazılsa da, 4 rəqəmində biabırçı səhv buraxılıb. Belə ki, Roma rəqəmləri ilə 4 belə (IV) yazılmalı olsa da, sadəcə dörd ədəd düz xətt (IIII) çəkilib.
Deyəsən bu rayon rəhbərliyinin təzə icadıdır!

Qeyd edək ki, "Saatlı bina” kimi tanınan bina 2014-cü ildə təmir olunub. Həmin ərəfədə binanın üzərindəki saat sökülərək təmir edilib.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru