Azərbaycanda dövlət idarəsində çalışan sələmçi vətəndaşların canını boğazına yığıb - Müəllimin evini necə ələ keçirdi?
19-06-2016, 11:11
Zərdab rayonunun bir qrup sakini Avropa.info-ya müraciət edərək Mirələm İsmayılov adlı rayon sakininin insanların var-dövlətini, evini ələ keçirməkdə ittiham edib.
Rayon sakinlərinin iddiasına görə, Zərdab rayon gigieniya və epidomologiya idarəsinin işçisi Mirələm İsmayılov rayon sakinlərə yüksək faizlə sələmə pul verərək, sonradan onların evlərini, mülklərini ələ keçirir.
"Mirələm İsmayılov Zərdab şəhər sakini olan bir müəllimə yüksık faizlə sələmə pul verib. Sonradan hər həftə ondan pul tələb etməyə başlayıb. Müəllim pulu qaytara bilməyincə, rayonun Qumlu adlanan yerində ona məxsus evi ələ keçirib. Hal-hazırda da orada yaşayır. Xahiş edirik, bizi bu adamın əlindən xilas edin" deyə rayon sakinlərinin müraciətində qeyd olunur.