Eldar Mahmudov MTN işçilərinin də adına kredit götürürmüş - külli miqdarda

20-06-2016, 12:55           
Eldar Mahmudov MTN işçilərinin də adına kredit götürürmüş - külli miqdarda
“Eldar Mahmudovun tapşırığı ilə Milli Təhlükəsizlik Nazirliyində vəzifə tutan əksər şəxslərin adına Azərbaycan Beynəlxalq Bankdan milyonlarla kredit götürülüb”. Bu fikirləri Gununsesi.info-ya sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qanunsuzluqlarına yaxından bələd olan mənbə söyləyib. Məlumatda qeyd olunur ki, Eldar Mahmudovun tapşırığına əsasən nazirliyin ali zabit heyətinə daxil olan şəxslərə kreditlər heç bir girov qoyulmadan verilib: “ Hazərda həmin şəxslərin əksəriyyəti işdən azad edilib. Onlar bu pullardan heç zaman yararlanmayıb. Bu vəsaitlər Eldar Mahmudovun oğlu Anar Mahmudovun holdinqinə gedib. Məbləğlər isə kifayyət qədər iri olduğundan o vəsaitlərin geri qaytarılması müşkül məsələdir”.
Ötən illərdə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının adına kreditlərin olub-olmaması ilə bağlı Beynəlxalq Bankdan münasibət öyrənmək mümkün olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru