Nəriman Əliyev icra başçısı ola biləcəkmi? - İDDİA
20-06-2016, 19:51
Son aylar adı ciddi biznes qalmaqallarda hallanan, hətta diplomunun saxta olduğu deyilən biznesmen- deputat Nəriman Əliyevlə bağlı Bizimxeber.az-a eksklüziv məlumatlar daxil olub.
Masallı rayonundan deputat olan, böyük biznes şəbəkəsinə malik Nəriman Əliyev icra başçısı olmaq üçün illərdir çaba göstərir. Lakin, Masallının icra başçısı Rafil Hüseynovla aralarında olan ciddi konfliklər N.Əliyevin qarşısını kəsir. Daha doğrusu, Rafil Hüseynovun biznesmen deputatla bağlı yuxarı instansiyalara göndərdiyi çoxsaylı müraciətlər az qala deputatı mandatsız belə edəcəkdir. Amma N.Əliyev torbasının ağzını açmaqla bu problemdən qurtula bilmişdi.
Bizimxeber.az-a daxil olan yeni məlumata görə, biznesmen-deputat rayonlardan birinin icra başçısı olmaq üçün yenidən mübarizəyə başlayıb. Yaxın aylarda Rafil Hüseynovun vurulacağını dəqiqləşdirən deputat prosessi bir qədər də sürətləndirməyə çalışır.
Məlumatda qeyd olunur ki, N.Əliyev Astaraya icra başçısı getmək istəyir. Qəzənfər Ağayevin Astaradakı yarıtmaz fəaliyyətini hər yerdə qabardan N.Əliyev bu rayonu nəzarətə götürmək istəyir. Astaranın səhrəd rayonu olması biznesmen deputatın işinə daha çox yarayır. Həmçinin onun Astarada böyük biznesinin olduğu da deyilir.
Adı “MTN qalmaqalı”nda çəkilən Nəriman Əliyevin Dövlət Gömrük Komitəsinin müsadirə etdiyi bir çox malların satışını həyata keçirdiyi idda olunurdu. Hətta onun bu malları saxlamaq üçün böyük anbarının olması qeyd olunurdu. Bizimxeber.az-a daxil olan məlumata görə, məhz bu anbar Astara rayonundadır.
Amma diplomu saxta olan bir deputatın icra başçısı təyin olunması bir qədər müəmmalıdır.