Ukrayna ordusunun azad etdiyi ərazilərin sahəsi açıqlanıb

11-07-2023, 08:24           
Ukrayna ordusunun azad etdiyi ərazilərin sahəsi açıqlanıb
Ukrayna Müdafiə Qüvvələri 4 kv. km şərq və 10,2 kv. km cənub cəbhəsindəki əraziləri azad ediblər.

Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.

Onun sözlərinə görə, son bir həftə ərzində Rusiya ordusu Ukraynaya 39 raket və 334 hava zərbəsi endirib.

Ümumilikdə, son bir həftə ərzində Şərq istiqamətində atılan mərmilərin sayının 7184-ə yüksəlməsi qeydə alınıb. İşğalçılar 343402 artilleriya və raket mərmisindən istifadə ediblər.
Ümumilikdə, Ukrayna qüvvələri indiyədək 168,6 kvadrat kilometr ərazini azad ediblər.

Mənbə: rbc.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru