“WhatsApp”dan yeni sadələşdirilmiş funksiya - FOTO

11-07-2023, 08:47           
“WhatsApp”dan yeni sadələşdirilmiş funksiya - FOTO
“WhatsApp”da yeni cihazların hesabla əlaqələndirilməsi prosesi sadələşdirilib.

Belə ki, artıq QR kodu olmadan - telefon nömrəsi və birdəfəlik koddan istifadə etməklə hesabları “WhatsApp Web”ə bağlamaq mümkün olacaq. Bunun üçün kompüter, yaxud notbuk vasitəsilə hesaba daxil olmaq və “Telefon nömrəsi ilə əlaqə” seçimi edilməlidir.

“Bəzən telefonlarda kamerada nasazlıq yaranır və onlar digər cihazlara qoşulanda skan edə bilmədikləri üçün tətbiqə girmək istəyəndə problemlə üzləşirlər. Bu funksiya onların işini asanlaşdıracaq”, - deyə mütəxəssislər bildiriblər.

Yeniliyin tezliklə bütün istifadəçilər üçün əlçatan olacağı bildirilib.

Mənbə: WABetaInfo













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru