Manyakların qulağından uzaq: 10 saniyəlik cinsi zarafat cinayət deyil

14-07-2023, 17:05           
Manyakların qulağından uzaq:
İtaliyada 17 yaşlı orta məktəb şagirdi pilləkənləri çıxarkən əlini şalvarına soxaraq ona sataşdığını söyləyən 66 yaşlı məktəb xadiməsindən şikayət edib. Lakin məhkəmə bu hərəkətin “qısamüddətli” və israrlı olduğunu əsas gətirərək, təqibçiyə bəraət hökmü çıxarıb!

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə 2022-ci ilin aprel ayında Romada bir liseydə baş verib. Məktəb mühafizəçisi Antonio Avola əlini Laura adlı şagirdin şalvarına saldıqdan sonra onunla zarafat etmək istədiyini deyib. Avola hadisənin 5-10 saniyədən artıq çəkmədiyini bildirib.

İddiada ifadə verən Avola da tələbəyə iradəsi olmadan toxunduğunu etiraf edib, lakin əlinin alt paltarına salmadığını iddia edib. Prokurorluq Avola üçün 3,5 il həbs cəzası istəsə də, məhkəmə “şəhvət niyyətinin” aşkar edilmədiyini və zarafat məqsədilə edildiyi iddiasını əsas gətirərək "yüngül toxunuşun" cinsi zorakılıq kimi qəbul etməyib.

Bu qərar İtaliya ictimaiyyətinin etirazına səbəb olub. Xəbər sosial mediada da birmənalı qarşılanmayıb. Sosial media istifadəçiləri “10 saniyə” etiketi ilə çəkdikləri videolarla bu qərara üsyan ediblər. Sosial media trendinə çevrilən bu videolarda 10 saniyə özlərinə toxunan istifadəçilər bu müddətin çox da qısa olmadığı mesajını veriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru