Bu qurumun generalları “vuruldu”

31-07-2023, 21:25           
Bu qurumun generalları “vuruldu”
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində beş baş idarə rəisi sərəncama göndərilib.

Gununsesi.info-nun özəl məlumatına görə, bunlar Çağırış Baş İdarə rəisi general -mayor Çingiz Kiçikbəyov, Kadrlar Baş İdarə rəisi Azad Əliyev, Təşkilat Nəzarət Baş İdarə rəisi polkovnik Famil Aslanov, Maddi-Texniki Təminat Baş İdarə rəisi polkovnik Anar Əliyev və Səfərbərlik Baş İdarə rəisi polkovnik Vəli Rzayevdir.

Qeyd edək ki, bir neçə ay əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov bu quruma rəis təyin olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru