«Tosoil» yanacaqdoldurma məntəqəsi sürücüləri belə aldadır - FOTO

30-06-2016, 10:58           
«Tosoil» yanacaqdoldurma məntəqəsi sürücüləri belə aldadır - FOTO
Sürücülərə verilən kartı hər məntəqə qəbul etmir
Anar Məhərrəmov adlı oxucumuz Bakı-Sumqayıt yolunda – «Ekologiya postu»nun yanında fəaliyyət göstərən «Tosoil» yanacaqdoldurma məntəqəsinin sürücüləri aldatması ilə bağlı «»Avtosfer.az-a müraciət edib. O bildirib ki, fotoda təqdim olunan kartı postun arxasındakı «Tosoil» YDM-dən alıb: «Bu kartı ancaq 10 AZN-dən yuxarı benzın vuranda istifadə etmək olur, «Ekologya postu»ndan şəhərə gələn yoldakı yeni yanacaqdoldurma məntəqəsindən 20 manatlıq benzin vuranda bonus kartımı verdim, Ancaq dedilər ki, bunu aldığınız yerdə istifadə edə bilərsiniz. Kartın arxasında isə «Tosoil» şirkətınə məxsus olduğu bildirilir».
Maraqlıdır, Bakıda «Tosoil»in bonus kartını alan sürücü Sumqayıtda yanacaq almaq istəyərsə o zaman belə çıxır ki, mütləq Bakıya gəlmək lazımdır. Bu isə sürücülərin haqlı narazılığna səbəb olur.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru