Rusiya ordusu yenidən Kiyevi dronlarla atəşə tutdu

3-08-2023, 10:15           
Rusiya ordusu yenidən Kiyevi dronlarla atəşə tutdu
Rusiya ordusu avqustun 3-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevi pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Kiyev şəhər hərbi administrasiyası yayıb.

Bunun Kiyevə İran istehsalı “Shahed” dronları ilə ardıcıl 8-ci hücum olduğu bildirilir.

Dronların əksəriyyəti haha hücumundan müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib. Dağıntı və xəsarət alanların olmadığı da qeyd olunub.

Paytaxtda sonuncu haca hücumu həyəcanı 3 saat davam edib. Bu, ötən ilin fevralında hərbi əməliyyatın başlamasından bu yana Kiyevdə 820-ci həyəcan siqnalı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru