Tanınmış jurnalist `Yeni Klinika`dakı vəzifəsini tərk etdi - "...ərizə yazaraq işdən ayrıldım"

3-08-2023, 12:16           
Tanınmış jurnalist `Yeni Klinika`dakı vəzifəsini tərk etdi -
"Son günlər "Yeni Klinika" ilə bağlı ölkə mediasında gedən yazılara münasibət bildirilməsini, açıqlama almaq istəyən media dostlarımıza söyləmək istəyirəm ki, mən artıq iyul ayının sonlarından bu tibb müəssisəsində çalışmıram". DİA.AZ bildirir ki, bu açıqlama ilə tanınmış jurnalist İlham Məmmədzadə çıxış edib.

Artıq köhnə iş yerindən ayrıldığını deyən jurnalist daha sonra əlavə edib: "Yeni Klinikanın sabiq direktor vəzifəsini icra edən, baş həkim, ən əsası isə dürüst və gözəl insan, peşəkar həkim Cavid Paşayevdən sonra mənim də orada qalmağım mümkün deyildi. O səbəbdən ərizə yazaraq işdən ayrıldım.

Fəaliyyət göstərdiyim ötən dövr qısa olsa da, mümkün imkanlardan istifadə edərək Yeni Klinikanın fəaliyyətinin ictimaiyyətə tanıdılması, işıqlandırılması istiqamətində əlimizdən gələni etdik.

Bu işdə bizə dəstək olan hər bir media dostlarımıza dərin təşəkkürümü bildirirəm.

Yaxın günlərdə yeni ünvanda görüşənədək".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.