Bu hesablar SİLİNƏCƏK “Google”dan XƏBƏRDARLIQ:

3-08-2023, 15:38           
Bu hesablar SİLİNƏCƏK “Google”dan XƏBƏRDARLIQ:
“Google”, 1 dekabr 2023-cü ildə qeyri-aktiv hesabları silməyə başlayacağını açıqlayıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, şirkət iki il ərzində istifadə olunmayan hesabların silinəcəyi barədə xəbərdarlıq edib.

“Google” istifadəçilərə profillərini aktiv saxlamaq şansı verərək silmə əməliyyatından aylar əvvəl bir neçə xatırlatma e-poçtu da göndərəcəyini bildirib. Lakin hesab silindikdən sonra eyni “Gmail” ünvanı ilə yeni “Google” profili yaratmaq mümkün olmayacaq.

Bu siyasətlə “Google” zəif şifrələri olan profillər vasitəsilə xidmətlərin sındırılma şansını azaltmaq istəyir. Şirkətin bəyanatına görə, hakerlər çox vaxt tərk edilmiş hesablardan şəxsiyyət oğurluğu və spam kimi zərərli məqsədlər üçün istifadə edirlər.

Hesabınızın silinməsinin qarşısını almaq üçün hər iki ildən bir “Google” hesabınıza daxil olmalısınız. Hesaba daxil olarkən “Gmail”i yoxlamaq, “Google Drive”dan istifadə etmək və ya “YouTube”dan videolara baxmaq kimi digər fəaliyyətlər də hesabı aktiv saxlayacaq.
“Google”, həmçinin istifadəçilərin profillərini silməzdən əvvəl bəzi alətlər vasitəsilə məlumatlarını endirə biləcəklərini bildirib. “Takeout” və “Inactive Account Manager” kimi şirkətin xidmətləri ilə hesab məlumatlarınızı başqa ünvana köçürə bilərsiniz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru