Tramp hakim qarşısına çıxmaq üçün məhkəməyə gəldi

4-08-2023, 10:44           
Tramp hakim qarşısına çıxmaq üçün məhkəməyə gəldi
ABŞ-nin keçmiş Prezidenti Donald Tramp hakim qarşısına çıxmaq üçün məhkəmə binasına gəlib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp 2020-ci il prezident seçkilərinin nəticələrini öz xeyrinə dəyişməyə cəhd etdiyi iddiası ilə aparılan “6 Yanvar Konqresi basqını” araşdırmaları çərçivəsində ittiham olunur.

Donald Tramp 6 yanvar 2021-ci ildə hücumların baş verdiyi Konqres binasının bilavasitə yaxınlığında yerləşən “Elijah Barrett Prettyman” məhkəmə binasına gəlib.

Həmçinin, Trampın ona qarşı irəli sürülən ittihamları rədd edəcəyi də gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru