Tibb sahəsində qanunsuz fəaliyyətlə məşğul olanlar cərimə ediləcəklər

20-09-2023, 12:54           
Tibb sahəsində qanunsuz fəaliyyətlə məşğul olanlar cərimə ediləcəklər
Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma hallarına görə İnzibatı Xətalar Məcəlləsinə əsasən cərimələr tətbiq olunur.

Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, bu halda fiziki şəxslərə 2 min manatdan 3 min manatadək, vəzifəli şəxslərə 5 min manatdan 10 min manatadək, hüquqi şəxslərə isə 20 min manatdan 30 min manatadək maliyyə sanksiyası tətbiq edilir.
Qanunvericiliklə müəyyən edilmiş qaydada verilən diplom və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olan şəxsləri isə 400 manatdan 600 manatadək maliyyə sanksiyası gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru