Ermənilər Azərbaycandan "humanitar yardım istəyib"
22-09-2023, 09:24
Rəsmi Bakı Qarabağ ermənilərinin təmsilçiləri ilə Yevlaxda keçirilən görüşü "konsktruktiv və müsbət" qiymətləndirib.
Azərbaycan Prezidentinin Adminstrasiyasından bildirilib ki, görüşdə:
Azərbaycan reinteqrasiya üzrə planlar təqdim edib Erməni tərəfi yanacaq, qida məhsulları da daxil Azərbaycandan humanitar yardım istəyib Azərbaycan bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyaclarının təmin olunması üçün təcili olaraq yanacaq təminatına razılaşıb Tərəflər tez bir zamanda yenidən görüşmək barədə razılaşıblar Azərbaycanın erməni döyüşçülərin tərksilah olması barədə tələbinin tezliklə həyata keçirilməsi vurğulanıb. Reuters yazır ki, Qarabağ separatçılarının liderləri Telegram kanallarında Yevlax görüşündə yekun razılaşmanın əldə edilmədiyini bildiriblər. Xankəndidən yayılan son məlumatlara görə, erməni əhali Azərbaycanın tərkibində qalmamaq üçün Ermənistana köçmək istəyir. BBC