Bu da "üsyankar" general: “Qarabağ yoxdur, bitdi”

22-09-2023, 11:29           
Bu da "üsyankar" general:
Dünən bir sıra erməni mediasında Qarabağdakı terrorçu dəstələrdən birinin başçısı olan Karen Cavadyanın təslim olmadığını, axıra qədər döyüşəcəyi barədə məlumatlar yayılmışdı. Teref.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, “Kyox” ləqəbli Cavadyan özü məsələyə aydınlıq gətirib.

Belə ki, o, “Hraparak”a bildirib ki, Qarabağı “satıblar. “Get, Nikola de ki, gəlib Qarabağı qorusun. Necə satıbsa, elə də qorusunlar”.

Cavadyan daha sonra deyib ki, bu gün nə qarabağlılara, nə də Ermənistana Qarabağ lazım deyil. “Erməni xalqı çoxdan Qarabağdan əlini üzüb. Heç maraqlarında da deyil”.

O haqqında yayılan söhbətə aydınlıq gətirərək deyib ki, o, hərbçidir və işini görüb. “Mən hərbçiyəm. İşimi görmüşəm. Əsəbiyəm. Çox danışa bilmirəm. Bircə onu deyirəm ki, qarabağ yoxdur, bitdi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru