“Facebook” deputatın hesabına məhdudiyyət qoydu

6-10-2023, 08:14           
“Facebook” deputatın hesabına məhdudiyyət qoydu
“Facebook” Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin hesabına məhdudiyyət qoyub.

Cebhe.info xəbər verir ki, bununla bağlı Razi Nurullayev öz “Facebook” hesabında məlumat paylaşıb.

O, bildirib ki, hesabıma məhdudiyyət qoyulub:

“Bir yandan ermənilər dayanmadan şikayət edir, digər tərəfdən isə öz içimizdə olan ermənilər məni dövlətçilik mövqeyi tutduğum üçün şikayət edir.

Ermənilər aydındır, bəs içimizdəki "ermənilər" nə istəyir? Onlar istəyir ki, mən də Qarabağda qazandığımız zəfərdə əyir-əskiklik axtarım, Prezident İlham Əliyevin xidmətlərini deməyim. Bəs dövlətçilik, bəs haqq-ədalət?

İkinci məsələ isə Facebook və digər şəbəkələrlə bağlıdır. Necə olur ki, dövlət rəhbərindən, deputatlardan, nazirlərdən tutmuş digər vəzifəli və ictimai çəkili insanlara qarşı ən ağır təhqirlər illərlə sosial şəbəkələrdə qalır, paylaşılır, şikayət edilsə də silinmir və ya hesab bağlanmır? Niyə?

Belə çıxır ki, sosial şəbəkə rəhbərləri, yaxud onların tabe olduqları ölkə və ya qurumlar da bizim düşmənlərimizə işləyir? Demək ki, onlar da göstərişlə oturub-dururlar. Dünyada demokratiya deyilən bir şey yoxdur, haqq-ədalət, beynəlxalq hüquq hamısı boş şeylərdir. Sadəcə maraqlar var, vəssalam!”













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.