Qəzza zolağında 22 xəstəxana fəaliyyətini dayandırıb

13-11-2023, 11:48           
Qəzza zolağında 22 xəstəxana fəaliyyətini dayandırıb
Qəzza zolağında ən azı 22 xəstəxana fəaliyyətini dayandırıb.

Bu barədə anklav hökumətinin mətbuat xidməti məlumat yayıb.

“22 xəstəxana və 49 tibb mərkəzi sıradan çıxıb”, - deyə Qəzza zolağının hökumətinin mətbuat xidmətinin “Facebook” sosial şəbəkə hesabında edilən paylaşımında bildirilib.

Qeyd olunur ki, 53 təcili yardım maşınına atəş açılıb.
Ümumilikdə, Qəzza zolağında, Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Nibal Farsahın daha əvvəl dediyi kimi, 35 xəstəxana var.

Noyabrın 8-də Fələstinin səhiyyə naziri Mey Kayle bildirib ki, anklavın cənubundakı bütün xəstəxanalar fəaliyyətini davam etdirir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru