Zelenski yeni komandan təyin etdi

20-11-2023, 09:54           
Zelenski yeni komandan təyin etdi
Ukrayna prezidenti Volodimir Zelenski Tatyana Ostaşenkonun Silahlı Qüvvələrin tibb qüvvələri komandanı vəzifəsindən azad edib.

Bu barədə o, özünün teleqram kanalında bildirib.

Zelenskinin sözlərinə görə, yeni komandan Anatoli Kazmirçuk təyin edilib. Əvvəllər o, Kiyevdə Milli Hərbi Tibbi Klinik Mərkəzə rəhbərlik edib.

Yeni komandirin təyin edilməsi barədə qərarı Ukraynanın müdafiə naziri Rustem Umerov təsdiqləyib. O, Kazmirçukun əsas vəzifələrinin rəqəmsallaşma, taktiki tibb üzrə təlim və rotasiya olduğunu bildirib.

Ukrayna prezidenti kadr dəyişikliyi ilə bağlı qərarını orduya “təbii dəstəyin əsaslı şəkildə yeni səviyyəsinin” ehtiyacı ilə izah edib. “Ukrayinska Pravda” nəşrinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinə tibbi yardım göstərən feldşerlər və könüllülər Tatyana Ostaşenkonun işdən çıxarılmasında israr ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.