Məşədi Dadaş məscidində YENİ TƏYİNAT - FOTO

20-11-2023, 12:34           
Məşədi Dadaş məscidində YENİ TƏYİNAT - FOTO
Məşədi Dadaş məscidinə yeni imam müavini təyin olunub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Sözügedən vəzifəyə ilahiyyatçı Tural Məmmədov təyin edilib.

T.Məmmədov daha əvvəl Abşeron rayonundakı Mehdiabad qəsəbə məscidində imam müavini vəzifəsində çalışıb.

O, 2009-2013-cü illərdə ilahiyyat ixtisası üzrə ali təhsil alıb.
İlahiyyatçı T.Məmmədov eyni zamanda bu ilin fevral ayında qardaş Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə yardım kampaniyasında göstərdiyi fəallığı ilə də tanınır.

Qeyd edək ki, ilahiyyatçının atası Taryel Məmmədov Birinci Qarabağ müharibəsi qazisidir. Tariyel Məmmədovun kiçik qardaşı Əşrəf Məmmədov da polis nəfəri olub və 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.

Xatırladaq ki, Məşədi Dadaş məscidinin imamı ilahiyyatçı Əli Şərbətovdur. O, tanınmış din xadimi, məscidin imamı Hacı Şahin Həsənlinin cari ilin martın 2-də vəfatından iki ay sonra bu vəzifəyə təyinat alıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru