Ədəbiyyat üzrə Nobel mükafatı laureatı “ədəbiyyat” sözünü səhv yazdı
12-12-2023, 11:34
2023-cü il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, norveçli yazıçı Jun Fosse “ədəbiyyat” sözünü səhv yazıb.
O, ədəbiyyat sözündə Norveç orfoqrafiyasının (litteratur) tələb etdiyi qoşa “t” yerinə tək “t” yazıb.
Qəribə hadisə, Fossenin ənənəvi olaraq Stokholmdakı Nobel şənlikləri ərəfəsində avtoqraf yazarkən baş verib.
“İndi görürəm ki, tələsik səhv etmişəm. Təmiz yazı xətası. Əlbəttə ki, mən Norveç dilində “ədəbiyyatı” necə yazacağımı bilirəm. Bəlkə də ingilis dili ilə səhv salmışam”, – deyə Fosse açıqlamasında bildirib.
Qeyd edək ki, ingilis dilində “ədəbiyyat” sözü bir “t” (literature) ilə yazılır. \\KONKRET.az