VƏKİLDƏN ƏDLİYYƏ NAZİRLİYİNƏ – “BURA ŞİMALİ KOREYA DEYİL”

13-12-2023, 20:51           
VƏKİLDƏN ƏDLİYYƏ NAZİRLİYİNƏ – “BURA ŞİMALİ KOREYA DEYİL”
Azərbaycanlı vəkillər xaricdə olarkən işəri ilə bağlı müvafiq saytlardan istifadə edə bilmirlər.

Tribunainfo.az yazır ki, bu problemlə hüquqşünas Əkrəm Həsənov üzləşib. O bildirib ki, xaricdə olarkən e-mehkeme.gov.az və e-qanun.az saytlarına daxil olmaq mümkün deyil:

“Yəni vəkil olaraq apardığım işlərin statusu, mənə daxil olan yeni məlumat və sənədlərlə tanış ola bilmirdim. Həmin dövrdə mənə məhkəmə aktı daxil olsaydı, bu barədə xəbərim də olmayacaqdı. Sonra məhkəmə də deyəcəkdi ki, şikayəti vaxtında verməmisiz. Üstəlik qanunvericiliyimizlə də tanış olmaq mümkün deyil xaricdə. Hörmətli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, biz Şimali Koreya deyilik axı”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru