Gözəl araşdırmalarıyla son illər ərzində Azərbaycanın araşdırmaçı jurnalistləri sıralarnda ön yerlərədən birinə çıxan, yazılarını burada paylaşdığım Hafiz Babalı da tutulub. Cəsarətinə və peşəkarlığına heyrətlə 3 gün öncə burada haqqında zmışdım, təşəkkür elədi, qısaca yazışdıq... İçində Hafizin qısa və parlaq, blits, yəni ildırım kimi araşdırması olan o postun linkini şərh bölümünə yerləşdirəcəm. Həmkarın Aytən xanım Fərhadova yazır: "Hafizin bir gözü demək olar ki, görmür, digər gözü isə çox zəifdir və onun 3 övladı var. Çətin günlərdə də araşdırma yazmaqdan geri qalmadı və onu pul ilə satın almaq istədikləri də oldu. İndi məhz fəaliyyətinə görə növbəti jurnalist həbs təhlükəsi ilə üz-üzədir". Jurnalistika cinayət deyil! Çingiz Sultansoy