İsveçdə müəllim uşaqlara terror aktı planlaşdırmağı tapşırıb - VİDEO

14-12-2023, 13:04           
İsveçdə müəllim uşaqlara terror aktı planlaşdırmağı tapşırıb - VİDEO
İsveçdə orta məktəb müəllimi şagirdlərinə nəzəri olaraq terror hücumu planlaşdırmağı tapşırıb.

Bu barədə yerli qəzet məlumat yayıb.

“Yençepinq bələdiyyəsində (ölkənin cənubu) orta məktəb müəllimi şagirdlərinə nəzəri olaraq terror aktı planlaşdırmaq tapşırığı verdikdən sonra vəzifəsindən uzaqlaşdırılıb”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, məktəbdə daxili araşdırma aparılıb və polisə ərizə yazılıb.
Yerli hakimiyyət orqanları ölkədə terror təhlükəsinin səviyyəsinin ciddi şəkildə artdığı üçün hadisəyə ciddi yanaşdıqlarını vurğulayıblar.

Mənbə: mk.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru