Harri Potter haqqında nadir kitab 6,2 milyona satılıb

14-12-2023, 15:44           
Harri Potter haqqında nadir kitab 6,2 milyona satılıb
Harri Potter haqqında 26 il rəfdə yatan nadir kitab hərracda 6,2 milyon rubla (117 000 manat) satılıb.

Məlumata görə, gənc sehirbaz haqqında kitabın ilk nəşrini uzun illər 58 yaşlı britaniyalı qadın saxlayıb. O, kitabı 1997-ci ildə alıb. Həmin vaxtlarda heç kim nə Potteri, nə də Roulinqi tanıyırdı. Mağazalarda satışa bu nəşrdən cəmi 200 kitab verilib.

Qeyd edək ki, britaniyalı qadın kitabı aldığı gündən hər axşam uşaqlarına hekayə oxuyub, daha sonra isə bütün bu müddət ərzində saxladığı rəfə qoyub. Kitab indiyə qədər əla vəziyyətdə qalıb.
Mənbə: news-kmv.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru