Netanyahu: İsrail HƏMAS üzərində tam qələbəyə nail olacaq

19-12-2023, 00:08           
Netanyahu: İsrail HƏMAS üzərində tam qələbəyə nail olacaq
"İsrail Qəzza zolağına hakim HƏMAS hərəkatı üzərində tam qələbəyə nail olmaqda qərarlıdır və buna nail olacaq".

Bunu İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-nin müdafiə naziri Lloyd Ostin ilə görüşdən sonra bildirib.

"Mən ABŞ-nin müdafiə naziri Ostin ilə görüşdüm. Biz HƏMAS üzərində tam qələbə qazanmaq əzmindəyik və bunu edəcəyik", - Netanyahu deyib.

"Mən Ostinə girovların fotoşəkillərini göstərdim. Geri qaytardığımız və geri qaytaracağımız bütün şəxslər o şəkillərdə var idi", - deyə İsrailin baş naziri əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru