Rusiya Müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinlə görüşdə bildirib ki, Rusiya qoşunları Maryinka üzərində tam nəzarəti təmin ediblər.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, Maryinkanın ələ keçirilməsi Donetski Ukrayna Silahlı Qüvvələrinin atəşindən daha səmərəli müdafiə etməyə imkan verir.
Şoyqu həmçinin bildirib ki, 150-ci diviziyanın əsgərləri döyüşlərdə fərqləniblər. Putin cavab olaraq Maryinkanın ələ keçirilməsində əməyi olan hər kəsə səmimi təbriklər və təşəkkür sözlərini çatdırmağı xahiş edib.
O qeyd edib ki, Maryinkanın ələ keçirilməsinin iştirakçıları dövlət mükafatlarına layiqdirlər.