“Azərpoçt” kiberdələduzluqla bağlı əhaliyə xəbərdarlıq etdi

26-12-2023, 15:17           
“Azərpoçt” kiberdələduzluqla bağlı əhaliyə xəbərdarlıq etdi
Kiberdələduzlar növbəti dələduzluq növünə əl atıblar. Bu dəfə vətəndaşlara göndərilən mesajlarda bağlamanın əldə olunması üçün 1 AZN ödəniş tələb olunur və saxta link əlavə edilir.

“Azərpoçt” MMC-dən Gununsesi.info-ya bildirilib ki, mesajın inandırıcı olması üçün isə sonluğa – “Azərpoçt” MMC BÜTÜN HÜQUQLAR QORUNUR” yazısı əlavə edilib.

““Azərpoçt” olaraq bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, qurum heç bir halda vətəndaşlardan onlayn ödəmə tələb etmir və mesajlarında link göndərmir. Vətəndaşlardan “Azərpoçt”la bağlı şübhəli mesaj və bildirişlər aldıqda, dərhal “Azərpoçt”un 169 Çağı mərkəzi, eləcə də sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirmə aparmalarını xahiş edirik”, – deyə məlumatda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru