Putinin rəqiblərinin sayı 33-ə ÇATDI

26-12-2023, 17:43           
Putinin rəqiblərinin sayı 33-ə ÇATDI
Rusiya Federasiyasında (RF) 33 namizəd prezident seçkilərində iştirak etmək niyyətini bəyan edib,

Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulayev bildirib.

Namizədlərin irəli sürülməsi prosesinin başlanması ilə əlaqədar olaraq, MSK iclasları qrafikdən kənar keçirəcək. Növbəti iclaslar dekabrın 27-si və 29-na planlaşdırılıb.Rusiyada qanuna uyğun olaraq, prezidentlik üçün namizədliyini irəli sürənlər seçici qruplarının iclasında dəstəklənməlidirlər. Belə iclasların keçirilməsi barədə MSK-ya qabaqcadan xəbərdarlıq edilməlidir. Öz namizədliyini irəli sürənlərin sənədlərinin son verilmə tarixi dekabrın 27-sidir. Siyasi partiyalar namizədlərini qurultaylarda irəli sürə bilərlər. Bununla yanaşı, parlament partiyalarından olan namizədlər imza toplanışından azaddırlar. Partiyalardan olan namizədlər irəli sürülmələri barədə sənədləri MSK-ya yanvarın 1-dən gec olmayaraq təqdim etməlidirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru