Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin üç əməkdaşı işdən çıxarıldı - Qalmaqallı kostyum gecəsindən sonra (FOTO)

27-12-2023, 08:34           
Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin üç əməkdaşı işdən çıxarıldı -
"Volqoqrad-TRV” Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin 3 əməkdaşı yeni il korporativ şənliyindən sonra işdən çıxarılıb.

32gun.az xəbər verir ki, şənlikdən fotolara baxan bir çox istifadəçi korporativ hadisəni blogger Anastasiya İvleevanın sensasiyalı "çılpaq" gecəsi ilə müqayisə etməyə başlayıb.

Kanalın məlumatına görə, şirkət rəhbərliyi təşkil edilən korporativ tədbiri “həmkarların axmaq oyunu” adlandıraraq üç əməkdaşını işdən çıxarıb.

Yerləşdirilən fotolarda, “Volqoqrad-TRV” Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin şənlik edən əməkdaşlarından bəziləri filmlərdən, komikslərdən və kompüter oyunlarından super qəhrəmanların kostyumları geyiniblər.

Dövlət kanalı işçilərinin əyləncəsi, çoxlarının fikrincə, qalmaqallı görünüb.
Qızlardan biri katolik rahibə obrazını sınadığı üçün jurnalistlərin geyimlərində hətta dini simvolların təhqir olunduğunu da görənlər var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru