Gəlinsiz və musiqisiz toy - FOTO

27-12-2023, 10:24           
Gəlinsiz və musiqisiz toy - FOTO
Başlıq sizə aldadıcı gəlməsin. Bu, reallıqdır.

Avtosfer.az xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabildə imkansız şəxslər üçün kollektiv toy mərasimi təşkil edilib. Silahlıların mühafizə etdiyi şadlıq sarayında 50 kişi üçün toy keçirilib.
Taliblər hakimiyyətə gəldikdən sonra Əfqanıstanda toy adətləri də dəyişib. Qadınların məclisdə iştirakı və musiqisi qadağan edilib. Elə bu toyda da heç bir qadın yoxdur.
Əfqan toylarında bəzən mindən çox adam iştirak edir və bu, toy sahibinə 20 min dollara başa gəlir.

Kollektiv toyun xərci isə təxminən 100 dollardır. Cehiz bir qayda olaraq gigiyenik vasitələr, məişət texnikası və ən əsası xalçadan ibarət olur.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru