İranda terror törədənlər saxlanıldı

15-01-2024, 11:54           
İranda terror törədənlər saxlanıldı
Genişmiqyaslı antiterror əməliyyatı çərçivəsində İranın cənub-şərqindəki Rask şəhərində terror aktını törədənlər həbs edilib.

"Unikal" "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın polis rəisi, briqada generalı Əhməd Rza Radan bildirib. O, hücumu törədən 4 əsas səbəbkarın həbs edildiyini deyib.
Polis rəisi digər cinayətkarların da axtarışlarının davam etdiyini qeyd edib.

Xatırladaq ki, dekabrın ortalarında İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Rask rayonundakı polis qərargahı “Ceyş əl-Ədl” terror qruplaşmasının hücumuna məruz qalıb. 11 polis əməkdaşı həlak olub, daha 7-si yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru