Bank dələduzluğu ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

16-01-2024, 07:44           
Bank dələduzluğu ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
Kiberdələduzlar tərəfindən “Telegram” tətbiqində “Kapital Bank” ASC-nin adından saxta dələduzluq səhifəsi yaradılıb.
TEREF Trend-ə istinadla xəbər verir ki, Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.
Qeyd olunub ki, dələduzlar səhifədə saxta kampaniyalar paylaşırlar: "Kampaniyada iştirak etmək üçün vətəndaşlardan paylaşımlarda qeyd olunan saxta keçidə daxil olmaq tələb edilir. İlk baxışda qeyd olunan keçidlər bankın rəsmi domen ünvanı ilə oxşar olsa da daxil olduqdan sonra vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün saxta veb-sayta yönləndirilir".
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.