Enerji içkiləri intihara sürükləyirmiş

17-01-2024, 08:17           
Enerji içkiləri intihara sürükləyirmiş
Alimlər uşaqlar və yeniyetmələrdə enerji içkilərindən istifadənin psixi sağlamlıq problemləri və intihar düşüncələri yaratdığını müəyyən ediblər.
Tribunainfo.az xəbər verir ki, bu barədə İngiltərənin Nyukasl Universitetinin tədqiqatçısı Dr. Şelina Visram açıqlayıb.

Alimlər müəyyən ediblər ki, enerji içkilərinin istehlakı, xüsusən də uşaqlar arasında psixi sağlamlıq problemləri riskini artırır: “Enerji içkilərinin psixi sağlamlıq problemlərinə səbəb ola biləcəyinə dair tapıntılardan dərin narahatıq”.

Tədqiqat dünyanın hər yerindən 1,2 milyon uşağın iştirak etdiyi 51 araşdırmanın məlumatları əsasında aparılıb. Bu, oğlanların qızlara nisbətən qazlı içkilərdən daha çox istifadə etdiyini göstərir.

Onlar həmçinin aşkar ediblər ki, içki içən uşaqlar narkotik vasitələrin qanunsuz istifadəsi və zorakılıq kimi riskli davranışlara daha çox meyillidirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru