Rusiyanın məhv edilən kəşfiyyat təyyarəsində 10 pilot həlak olub
17-01-2024, 07:57
Bazar günü vurulan A50 kəşfiyyat təyyarəsində azı 10 rusiyalı pilot həlak olub.
Azpost.info xəbər verir ki, məlumatlara görə, dəyəri 500 milyon dollar olan radar təyyarəsi 11 və ya 12 hərbçi ilə birlikdə məhv edilib.
Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı şərh verməyib. Kreml həmçinin İl-22 və A50 radar təyyarələrinin vurulması ilə bağlı şərh verməkdən imtina edib.
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı İl-22 və A-50 təyyarələrini məhv etdiklərinə görə ölkənin Hərbi Hava Qüvvələrinə minnətdarlıq edib.