Babayanın komandası çat verir

19-01-2024, 12:27           
Babayanın komandası çat verir
Keşmiş Qarabağ separatçısı Samvel Babayanın komandasında çatlar yaranıb. Onun Ermənistandakı fəaliyyəti ilə bağlı parlament fraksiyasında müxtəlif fikirlər var.

Yenisabah.az “Hraparak”a xəbər verir ki, bu barədə məlumat yayıb.

2 gün əvvəl separatçı rejim “milli məclis”inin qapalı iclasında Babayanın “Vahid Vətən” “fraksiyası”nın deputatı Qohar Sarkisyan qrupdan çıxmaq barədə qərar qəbul edib. Bundan başqa, “parlament sədri” vəzifəsini icra edən və S. Babayanın “partiyası”ndan olan Qaqik Baqunts da artıq yaxasını qırağa çəkib.

Separatçı “parlament”in iclas sessiyası gizli saxlanılıb. Bu, “Artsax” nümayəndələrinin Ermənistana gəlməsindən sonra ikinci sessiyasıdır. Ola bilsin ki, “deputatlar” Ermənistan hakimiyyətinin təzyiqinə təslim olublar. Çünki hakimiyyət rəsmiləri dəfələrlə öz çıxışlarında bəyan ediblər ki, Xankəndidən gələn “siyasilər” Ermənistanın təhlükəsizliyinə zərbə vururlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru