Pakistanda ən çox axtarılan terrorçu həbs edilib

21-01-2024, 12:18           
Pakistanda ən çox axtarılan terrorçu həbs edilib
Pakistanda hüquq-mühafizə orqanları birgə əməliyyat keçirərək qadağan olunmuş “Təhrik-e-Taliban” qruplaşmasının ən çox axtarılan terrorçusunu həbs edib.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Həbs edilən şəxsin “Əmjad” ləqəbli Əbdül Qaffar olduğunu və ondan partlayıcı maddələrin götürüldüyünü bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, saxlanılan şəxs qadağan olunmuş silahlı qruplaşmanın komandiri, “Müfti” ləqəbli Məhəmməd Əlinin yaxın adamı olub.

Hüquq-mühafizə orqanlarının sözçüsü bildirib ki, saxlanılan şəxs 2011-ci ilin oktyabrında Abdulla Şah Qazi ziyarətgahında terror aktını planlaşdırmaqda iştirak edib. Məlumatda qruplaşmanınn Çeçenistandan iki, Azərbaycandan bir və Kəraçidən iki yerli sakin də daxil olmaqla beş kamikadzedən ibarət olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru